Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın bu il yanvarın 1-nə 15 866,4 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.

Olaylar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat tarixinə daxili dövlət borcunun 18,5%-i 1 illik, 66 %-i 2 və 3 illik, 15,6%-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bu il yanvarın 1-nə daxili dövlət borcunun 6 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

Hesabat dövrünə dövriyyədə olan 6 339,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqrazlarının həcminin artırılması Orta Ödəmə Müddətinin artmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31