Rusiyadan Azərbaycana təhlükə: iqtisadi imkanlar məhdudlaşacaq - Açıqlama

"Bizim kənd təsərrüfatı, qeyri-neft, qeyri-xammal sektoru üzrə ixrac bazarlarımızdan olan Rusiyada bu gün aktiv şəkildə idxalın əvəz olunması siyasəti və yerli istehsalın təkmilləşdirilməsi, genişləndirilməsi ilə bağlı yanaşmalar tətbiq olunur. Bu da istər-istəməz bizim istehsalçı və ixracatçılar üçün imkanları məhdudlaşdıracaq".

Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert qeyd edib ki, rəqabət qabiliyyətli olmaq üçün bu istiqamətlər üzrə daha çox investisiyalar yatırılmalıdır:

"Biz tədricən kənd təssərüfatı məhsullarının ixracatı ilə bağlı problemləri həll etməliyik. Məhsullarımızın maya dəyərinin azaldılmasına nail olmalıyıq. Eyni zamanda yeni texnologiyaların, innovasiyaların tətbiqi zəruridir. Bununla yanaşı, regional iqtisadi əməkdaşlığın dərinləşməsinə nail olmalıyıq ki, bizim ixrac bazarlarında imkanlarımız genişlənsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31