Ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 11 faizdən çox artdığını bildirərək ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışıb.
Bildirilib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17% artıb.
Qısa müddət ərzində Dağıstan Respublikası, Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Udmurt Respublikası, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.
Plenar iclasda həmçinin Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin birinci müavini Andrey Xlopyanov, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Vladimir Nadıkto, Azərbaycan Respublikası Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, "Kavkaz.RF" ASC-nin baş direktorunun birinci müavini Andrey Tsemaxoviç, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya Federasiyasının Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinin prorektoru Nərgiz Abdullayeva çıxış edərək ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.
Forum çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
















