Paytaxtda metrodan istifadə edənlərin sayı azalıb
24 Fevral 2024 13:00 İqtisadiyyatÖtən ay metrodan istifadə edən sərnişinlərin sayı azalıb.
Bu barədə Olaylar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,3 faiz azalaraq 17,3 milyon nəfər olub.
Ölkə üzrə ötən ay daşınan sərnişinlərin 11,8 faizi metro nəqliyyatının payına düşüb. Ümumilikdə 2024-cü ilin yanvar ayında nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31