Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında durur- ÖZƏL
23 Fevral 2024 10:31 İqtisadiyyat"Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrimizin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır: "Ölkələrimizin ticarət dövriyyəsi sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il ölkəmizdən Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir".