Azərbaycanın qlobal enerji proseslərindəki rolu Vaşinqtonda müzakirə olunub
20 Fevral 2024 16:55 İqtisadiyyatVaşinqtonda Atlantik Şuranın Qlobal Enerji Mərkəzində Azərbaycanın qlobal enerji proseslərindəki rolu ilə bağlı Azərbaycan-ABŞ müzakirələri keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Vaşinqtonda Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin təşkilatçılığı ilə enerji sahəsində Azərbaycan-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı qlobal proseslər müstəvisində ölkəmizin strateji roluna dair maraqlı müzakirələrimiz oldu", - deyə nazir yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31