Vergilər Nazirliyi işə qəbulla bağlı statistikanı açıqladı

8 ildə vergi orqanlarında 814 nəfər işlə təmin olunub

Vergilər Nazirliyi 2005-ci ildən bəri vergi orqanlarında işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrə dair statistik məlumatı açıqlayıb. Açıqlamada göstərilir ki, 2012-2013-cü illər ərzində vergi orqanlarında işə qəbulla əlaqədar 2367 şəxs müraciət edib ki, onlardan 2138-nin sənədləri qəbul edilib. Test imtahanında 541, müsahibə mərhələsində isə 290 nəfər müvəffəqiyyət qazanıb. Onlardan 61 nəfəri müvafiq işlə təmin edilib. Ümumilikdə isə 2005-ci ildən bəri müraciət edən 9261 nəfərdən 814-ü işlə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31