Yaşıl enerjiyə keçid prioritet məsələmizdir- ÖZƏL

"Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın  dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri  sakinlərinə qovuşdu: "Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Son 20 ildə Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə oldu. Bu illər ərzində ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu statistik rəqəm Azərbaycanda  həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın  təsdiqidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün  əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31