ARDNŞ Azərbaycanda yeni gəmiqayırma zavodunu istismara verməyə hazırlaşır

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda yeni gəmiqayırma zavodu sentyabrın 20-də, Neftçilər Günü istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in "Neftqaztikinti" trestinin rəhbəri Mirkazım Abasovun cümə axşamı "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilir.
Məqalədə bildirilir ki, ARDNŞ-in yeni gəmiqayırma zavodu Xəzəryanı ölkələrdə olan analoji müəssisələr arasında ən böyüyüdür. Trest rəhbəri vurğulayır: "Bakı gəmiqayırma zavodunun tikintisinin əsas hədəfi Xəzər dənizində ehtiyac olan bütün növ gəmilərin yaradılmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31