Əgər iqtisadi qüdrətimiz olmasaydı…-Elman Cəfərli- ÖZƏL

"Azərbaycan dövləti hər zaman insan kapitalına önəm verib. Qəbul edilən sosial-iqtisadi inkişaf proqramlarında bu amil hər zaman öndə olub. 

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qeyd edib:

"Son 20 ildə ordu quruculuğunda və dövlət idarəetməsində yeni nəsil peşəkar kadrlara üstünlük verilib. Bu siyasət 44 günlük müharibədə özünü bir daha göstərdi. Hərbi əməliyyatlara müstəqillik dövründə yetişmiş hərbçilər rəhbərlik etdi. Yeni nəsil diplomatlarımız silahlı qüvvələrin döyüş meydanındakı qələbəsini siyasi üstünlüyə çevirdilər. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində və ondan sonra iki davam edən, bəzən əsəb müharibəsi ilə müşayiət olunan proseslərdə Azərbaycan insanı sınaqdan üzüağ çıxdı. Özəlliklə Laçında nəzarət buraxılış məntəqəsinin qoyulması ilə sonuclanan proseslərdə vətəndaş cəmiyyətinin rolu misilsizdir. 2023-cü ilin 19 sentyabr lokal hərbi tədbirləri   zamanı da Azərbaycan cəmiyyəti vahid orqanizmə çevrildi. Ancaq yaşadığımız dövr elmi texniki tərəqqi dövrüdür. Bu gün Qarabağ münaqişəsi tarixə qovuşub. Düşməni torpaqlarımızdan qəhrəman hərbçilərimizin fədakarlığı ilə çıxarmışıq. Bu yolla minlərlə şəhid vermişik, qazilərimiz var. Ancaq son 20 ildə Azərbaycan ordusunun modern silahlarla təchiz edilməsini də unutmaq lazım deyil. Unutmayaq ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə müasir silahların, hərbi texnikanın, uçuş aparatlarını köməyi ilə qalib gəldi. Ordumuzun komplektləşdirilməsinə, müasir silahlarla təchiz edilməsinə külli miqdarda vəsait xərclənib. Əgər iqtisadi qüdrətimiz olmasaydı, ordunu da müasirləşdirə, son 30 ildə Azərbaycanı geriyə salmış Qarabağ münaqişəsini də tarixin arxivinə verə bilməyəcəkdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31