Paytaxtda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır
14 Fevral 2024 14:47 İqtisadiyyat2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub.
Olaylar.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31