2014-cü ilin dövlət büdcəsinin layihəsi hökumətə təqdim edilib

2014-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsi rəhbər tutulmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri 2013-cü il sentyabrın 13-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31