YouTube sayəsində elmi kəşf edildi!- ÖZƏL

Dünyanın ən çox ziyarət edilən video izləmə saytı olan YouTube sayəsində bioloqların illərdir həll edə bilmədiyi elmi kəşf əldə edilib.

Olaylar.az xəbər verir ki, Fabian Weston adlı istifadəçinin mikroskop vasitəsilə kiçik hüceyrələrə baxdığı YouTube videolarını dönə-dönə izləyən elm adamları illərdir açılmayan bir sirri açıblar.

Westonun paylaşdığı YouTube videosunda tədqiq etdiyi ibtidai fosildə evqlenoid adlanan yarı heyvan-yarı bitki həyat formaları görülüb. Məlum olub ki, bu xüsusi canlı formaları heyvanlar kimi qidalanır və bitkilər kimi fotosintez edir.

Fabian Westonun maraqlı elmi araşdırmalar apardığı YouTube kanalının adı "Protist Lab Films"dir. Abunəçi və baxış sayı çox az olan kanalın biologiya sahəsinə böyük təsiri elm dünyasını heyrətə gətirib. Weston videolarını sadəcə hobbi olaraq insanlarla paylaşdığını və dünyaya kiçik bir elmi töhfə verməkdən xoşbəxt olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31