Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL
1 Fevral 2024 16:42 İqtisadiyyat"Utilizasiyanın tətbiqi ölkəyə yeni daxil olacaq. Hər il texniki baxış üzrə əlavə olaraq utilizasiya haqlarının ödənilməsi özündə utilizasiyanın vacib elementlərini göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib:
"Utilizasiya dedikdə nə başa düşülür? Bu dünya praktikasında yeni və nəqliyyat vasitələrinin cavanlaşma proseduru kimi başa düşülür. Utilizasiya olmadıqda hər bir ölkənin istehsal tarixindən asılı olaraq nəqliyyat vasitələrinin köhnəlməsi, onların ehtiyyat hissələrinin tapılmaması, servis xərclərinin böyüməsi, bu və digər məsələlər sonunda dövlət hesabına əlavə yük kimi dəyərləndirilir. Buna görə də, Utilizasiya ilə bağlı bir neçə mexanizm işlənib hazırlanır. Utilizasiyaların ən az çıxarla tətbiq olunması ölkəmizin seçdiyi modelə uyğundur. Yəni ki, az bir məbləğlə müəyyən il və dövr ərzində kvartallarla toplanan məbləğlə avtomobil utilizasiya edilir".