Mərkəzi Bank valyuta ehtiyatlarını ARTIRIB
1 Fevral 2024 15:03 İqtisadiyyatBu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 637 milyon ABŞ dolları təşkil edib.
Olaylar.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, yanvarın 1-i ilə müqayisədə 0,2 % çoxdur.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 28,4 % artıb.
Bundan başqa, bu günə Azərbaycanda pul bazası 20 milyard 271,1 milyon manat təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 2,9 % azdır.
Bununla belə, ölkədə pul bazası son 1 ildə 20,1 % artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31