Bu il ölkədə iqtisadi artım 3,5 faiz səviyyəsində olacaq - Mərkəzi Bank
31 Yanvar 2024 11:41 İqtisadiyyatMərkəzi Bank bu il ölkədə iqtisadi artımın təqribən 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərindəki dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə ümumdaxili məhsulun (ÜDM) artımı 3-4 faiz səviyyəsində olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31