Mərkəzi Bank ödəniş balansının cari əməliyyat hesabının profisitini proqnozlaşdırıb

Mərkəzi Bankın proqnozlarına görə 2024-cü ilin ödəniş balansının cari əməliyyat hesabının profisiti 7-8 milyard ABŞ dolları təşkil edəcək.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

"Azərbaycanda ödəniş balansının cari əməliyyat hesabının orta illik profisitinin 2024-2025-ci illərdə 7 milyard dollar olacağı proqnozlaşdırılır" - o deyib.

Onun sözlərinə görə, 2023-cü ildə ödəniş balansının cari əməliyyat hesabının profisiti 9-10 milyard dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31