Azərbaycan Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,5 mlrd. manat daxil olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 486,615 mln. manat təşkil edib. Nazirliyin analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu məbləğin 38,6%-i mənfəət vergisi, 24%-i əlavə dəyər vergisi, 12%-i fiziki şəxslərin gəlir vergisi, 7,6%-i aksizlərin, 17,8%-i isə digər vergilərin payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə büdcəyə 2 405,061 mln. manat vəsait daxil olub.
Yanvar-avqust aylarında respublika üzrə 49 963 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 261 (58,6%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin sentyabrın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı isə 523 599 olub.
Təhlil olunan dövr ərzində Azərbaycanda elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7% təşkil edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31