Almaniyanın xarici işlər nazirinin müavini ilə görüş keçirilib
29 Yanvar 2024 13:09 İqtisadiyyatAlmaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini xanım Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31