ARDNŞ: Neftçilərin əmək haqları artırılmayacaq

"Azərbaycanda neftçilərin əmək haqları artırılmayacaq, bu barədə heç düşünülmür".  "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, neftçilərin əmək haqları ölkədə fəaliyyət göstərən digər dövlət və qeyri-hökumət təşkilatlarından xeyli yüksəkdir: "Bu ilin iyul ayının 1-də ARDNŞ-da çalışan bütün işçilərin əmək haqları 10% artırıb. ARDNŞ-ın işçilərinə verdiyi əmək haqqı minimum əmək haqqından hər zaman yuxarı olub". S.Qasımov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkə üzrə minimum aylıq əmək haqqının artırılması haqqında sərəncam verib: "Bu gün ARDNŞ-da minimum əmək haqqı 150 manat təşkil edir. Bu da ölkə üzrə minimum əmək haqqından yuxarı olduğuna görə bu haqda hələlik müzakirələr aparmırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31