Bakıda yeni sosial mənzillərin inşasına başlanır
24 Yanvar 2024 16:55 İqtisadiyyatMənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayacaq
Olaylar.az bu barədə etender.gov.az-a istinadən xəbər verir.
Məlumata görə, yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, "10 H" ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.
Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31