ARDNŞ DESFA-nı dövlət vəsaitləri hesabına alacaq
17 Sentyabr 2013 14:49 İqtisadiyyatYunanıstanın DESFA şirkətinin payının ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən əldə olunması dövlət vəsaitləri hesabına həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Qasımov vurğulayıb ki, Yunanıstan şirkətinin aktivlərinin 400 milyon avro müqabilində alınması ARDNŞ-in nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək: "DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31