Azərbaycan illik ixracını 1 milyard ABŞ dollarından çox artıra bilər - BMT rəsmisi
24 Yanvar 2024 10:36 İqtisadiyyatAzərbaycan yaxın 5 il ərzində illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir.
Olaylar.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Son bir neçə il ərzində Azərbaycanın ixracı daima artaraq, 2022-ci ildə 35 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, son beş il ərzində qeyri-mineral ixracı təqribən ikiqat artıb. Yaxın 5 il ərzində Azərbaycan illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31