Sənaye zonalarında neçə müəssisə fəaliyyət göstərir ? – Nazir AÇIQLADI
22 Yanvar 2024 10:48 İqtisadiyyatAzərbaycanda yaradılan sənaye zonalarında 17 müəssisə fəaliyyət göstərir.
Olaylar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasının 3 illiyi ilə bağlı paylaşımında qeyd edib.
Nazir bildirib ki, son 3 il ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, onlar tərəfindən zonalara 750 milyon manat investisiya qoyulub. İnvestisiyalar nəticəsində 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.
M.Cabbarov əlavə edib ki, bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib və bunun 35,7%-i, yəni 3,02 milyard manatı ixracın payına düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31