COP29-un təşkilində İPCC ilə əməkdaşlıq imkanları müzakirə olunub
18 Yanvar 2024 13:27 İqtisadiyyatİqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) 60-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti İPCC sədri professor Cim Skea və İPCC katibinin müavini Ermira Fida ilə görüşüb.
Olaylar.az xəbər verir ki, görüş zamanı Bakı şəhərində keçirləcək COP29 tədbirinin təşkilində İPCC ilə əməkdaşlıq imkanları, eyni zamanda alimlərin iştirakı ilə tematik konfransların təşkili məsələləri müzakirə edilib.
Qeyd edək ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun 60-cı sessiyası yanvarın 16-sı Türkiyənin İstanbul şəhərində öz işinə başlayıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31