AYİB COP29 üçün Azərbaycana dəstək verəcək
17 Yanvar 2024 15:15 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə AYİB - Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyətini, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivlərini vurğuladıq. AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olundu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31