Ötən il Energetika Nazirliyi tərəfindən 242 icazə verilib
10 Yanvar 2024 12:38 İqtisadiyyat2023-cü il ərzində Energetika Nazirliyi tərəfindən "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi" Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 242 icazə verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlardan 182-i ixrac nəzarətinə düşən malların idxalı, 8-i ixracı, 52-si isə tranziti ilə bağlı olub.
Hesabat dövründə bütün icazələrin verilməsi 5 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31