Fransanın iqtisadiyyatı 2020-ci ildən sonra çox ciddi inflyasiyayla qarşı-qarşıya qalmışdır-Kazım Kazımov- ÖZƏL

"Fransanın son illərdə yaşadığı proseslərə baxdığımızda əvvəla həm ölkə daxilindəki iqtisadiyyatda, həm də xarici siyasətdə ciddi bir geriləmə yaşadığını görürük. "

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Birincisi, Fransanın iqtisadiyyatı 2020-ci ildən sonra çox ciddi inflyasiyayla qarşı-qarşıya qalmışdır. Belə ki, Fransanın 2019, 2018-ci illərdəki inflyasiyası 1 faiz belə deyilkən, bu gün artıq 6, 7 faizlərə çatan inflyasiyayla qarşı-qarşıyadır. 6, 7 faiz hər nə qədər kiçik bir rəqəm olsa da bu Avropa İttifaqındakı ölkələr üçün, habelə 1 faizin 7 faiz qalxmağı əslində 7 dəfə inflyasiyanın artmağına səbəb olur. Bu da Fransada 30, 40 faizlərə qədər xüsusən, yanacaq qiymətlərinin artımına gətirib çıxarır, işsizliyi artırır. Hansı ki, Fransada "sarı jiletlilər" aksiyalarını gördük, bu gün də Parisdə zaman-zaman aksiyaların yaşandığını görürük. Bunun da əsas səbəbi birincisi pensiya yaşının artırılması, sürətlə işsizliyin yayılması və ölkədə irqi ayrıseçkiliyin daha da dərinləşməsidir. Eyni zamanda, daxili problemlərə bələdiyyələrin və digər sahələrdəki iş prosesisin zəifləməsi, zaman-zaman kütləvi tətillər səbəbilə xüsusən, Paris şəhərində və digər şəhərlərdə çirkliliyin artdığını, hətta bəzən həkimlərdən epidemiya təhlükəsinin olduğunu da eşidirik. Fransanın xarici siyasətinə baxdıqda isə bunun tamamilə fiyaskodan ibarət olduğunu görürük. Birincisi, Fransa həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə və Şimali Afrikada, habelə Avstraliya münasibətlərində tamamilə mövqe itirdiyini görürük. Birincisi, Fransanın erməni separatçılığını dəstəkləməsi Cənubi Qafqazda bütün nüfusunu itirməsinə səbəb oldu. Şimali Afrikada həm Türkiyəyə qarşı antitürkiyə siyasəti, həm Əl-Cəzayir, Liviya xalqına qarşı olan siyasəti onsuz da var olan Fransa nifrətini daha da artırdı. Yaxın Şərqdə isə İsrail-Fələstin münasibətlərində gücündən çox artıq açıqlamalar etməsi, Livan üzərində xüsusi bir basqı qurmağa çalışması əlbəttə ki, Fransanın mövqeyini sarsıtdı. Birdə bildiyimiz kimi Avstraliya ilə Fransa arasında hərbi anlaşma var idi. Bu anlaşmanın birbaşa İngiltərə və ABŞ tərəfindən pozularaq Fransa-Avstraliya münasibətlərinin qırılmasına, yeni bir ittifaqın qurulmasına səbəb oldu. Bu isə həm NATO içərisində, həm də Fransanın əslində Qərb tərəfindən də artıq ciddi ölkə hesab edilmədiyinin göstəricisidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31