Bu bizneslə məşğul olanların işi çətinləşəcək - Ekspert xəbərdarlıq etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Mərkəzi Bank valyutadəyişmə məntəqələrini institusional şirkətlər halına gətirmək istəyir. Ölkədə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional bir valyuta mübadilə biznesi formalaşdırmağa çalışırlar".

Olaylar.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun dediyinə görə, Mərkəzi Bank "exchange"lərin yayılmasında maraqlı olsa da, bunun daha təhlükəsiz və estetik zövqə uyğun olmasını istəyir. Mərkəzi Bankın bu yanaşması anlaşılandır:

"Turizmi inkişaf etdimək istəyiriksə, ölkə üzrə böyük valyutadəyişmə məntəqələri şəbəkəsi açılmalıdır. Belə institusional oyunçu 100 minlərlə vəsait xərcləməli olacaq. Hesab edirəm ki, ayrıca valyutadəyişmə məntəqələri açmaq istəyənlər daha böyük çətinliklərlə üzləşəcəklər. Hər hansı fiziki və hüquqi şəxslər də bunun altından çıxa bilməyəcəklər. Çətinliklər olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31