Azərbaycanda bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

Yanvarın 6-da axşam saatlarında "Azəricard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.

Bu barədə Olaylar.az-a "Azericard"dan məlumat verilib.

Qeyd edək ki, ötən gecə "Azəricard"ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31