Azərbaycanda siqaret bahalaşdı
3 Yanvar 2024 13:06 İqtisadiyyatAzərbaycanda siqaret bahalaşıb.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə satıcılar məlumat verib.
Qeyd edilib ki, müxtəlif markalı siqaretlərin hər qutusunda 20 qəpik bahalaşma var. "Sobrania" markalı siqaretin "Gold" növündə isə 50 qəpik bahalaşma qmüşahidə olunur.
Satıcılar saytımıza bildiriblər ki, elektron siqaretlərin qiymətində dəyişiklik yoxdur.
Xatırladaq ki, yanvarın 1-dən tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31