Nazir müavini Azərbaycanın ÜDM-də özəl sektorun payını açıqlayıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) özəl sektorun payı 86,5 faiz, məşğulluqdakı payı isə 78 faizdən çoxdur.

Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bir sıra biznes nümayəndələrinə "Dayaq" mükafatının təqdim edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 faizi KOB-lardır.

"2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,2 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri neft-qaz sektorunun ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard ABŞ dollarına çatıb. Sahibkarlar da öz növbəsində onlar üçün yaradılmış əlverişli imkanlardan istifadə edərək, uğurla fəaliyyət göstərirlər", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31