Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb - Sahil Babayev
28 Dekabr 2023 20:27 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Son 5 il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.
Olaylar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
"Son beş ildə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli sosial islahatlar proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb. Bu dövrdə orta əmək haqqı 80 faiz, orta əmək haqqı 2,2 dəfə, əmək haqqı fondu isə 2,7 dəfə artıb. Məşğulluq Azərbaycan dövlətinin siyasətində əsas istiqamətdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə bilməz, əhalinin rifahı təmin oluna bilməz. Dövlət başçısının həyata keçirdiyi islahatlara nəzər salsaq görərik ki, bütün tədbirlər əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəlib, eyni zamanda məşğulluğun genişləndirilməsinə yönəlib", - o deyib.