İşğaldan azad edilmiş ərazilərdə çalışan sahibkarlara hansı güzəştlər ediləcək - Nazirlik açıqladı
26 Dekabr 2023 15:30 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş
torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması
məqsədilə tədbirlər davam etdirilir.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərimizə
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı
məskunlaşması, davamlı iqtisadi aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir.
Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin,
burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra
xidmətlərlə təmin olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar, bu ərazilərdə ticarət,
ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin
(fast food, dönər və s.), çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı,
çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri
məntəqəsi) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən
mikro sahibkarlıq subyektlərinə (10 nəfərədək işçisi və 200 min manatadək illik
dövriyyəsi) əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər:
Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;
. Müvafiq sahə üzrə təcrübəyə malik olması;
. Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF)
və digər öhdəliklərinin olmaması;
. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması.
Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda
göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi
[email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
. Şəxsiyyət vəsiqəsinin surəti;
. VÖEN-in surəti;
. Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərə dair İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətindən arayış;
. Müvafiq sahə üzrə təcrübə haqqında məlumat.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra vergi
güzəştləri və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.
Vergi güzəştləri:
. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il
müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən
azaddırlar.
. işğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan
rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları
üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və
materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində
ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd
əsasında tətbiq edilir.
. İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti
göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi
üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və
ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara
təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə
şamil edilir.
. İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri)
işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə
topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla)
sahələri üzrə vergi azadolması tətbiq olunur.
. işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət
göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə
xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur.
. Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin
rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə
də şamil edilir.
. Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində
yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən
gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə
nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi
geri qaytarılır.
Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:
. İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin
əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50%-i
işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi tərəfindən
ödəniləcəkdir.
Sosial güzəştlər:
. Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa,
mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan
istifadə etmək hüququna malikdirlər.
. İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə
məzuniyyət verilir.
Sosial sığorta güzəştləri:
. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən
qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət
göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri)
təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini
həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz
sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən
ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət
büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən
tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:
. 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək - 100 faizi miqdarında;
. 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək - 80 faizi miqdarında;
. 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək - 60 faizi miqdarında;
. 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək - 40 faizi miqdarında.
. Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə
nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri
məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması
nəzərdə tutulur.
Kommunal güzəştlər:
Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad
edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi
nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə
kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının
axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri
vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı ödənilir.
Əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206)