COP-29 tədbiri nüfuzlu beyin mərkəzlərinin Bakıda toplanmasına gətirib çıxaracaq - Vüqar Bayramov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" kimi qeyd olunacaq. Bu bir daha təsdiq edir ki, Azərbaycan regional və qlobal məsələlərə töhfə verən ölkədir. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, 2024-cü il məhz bu kontekstdə Azərbaycan üçün yadda qalan illərdən biri olacaq: "Həmçinin 2024-cü ildə Azərbaycanda təşkil olunacaq COP-29 tədbiri çox nüfuzlu beyin mərkəzlərinin Bakıda toplanmasına gətirib çıxaracaq".

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin geosiyasi və geostrateji mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31