Rusiya aviaşirkəti Yekaterinburqdan Bakıya birbaşa uçuşlar həyata keçirəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiyanın "Ural Hava Yolları" şirkəti yanvarın 13-dən Yekaterinburqdan Bakıya birbaşa uçuşlara başlayacaq.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Rusiya aviaşirkətindən bildirilib.

Yekaterinburqdakı "Koltsovo" hava limanından uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

"Ural Hava Yolları" artıq dekabrın 24-dən Moskvadan Dubaya, dekabrın 27-dən isə Yekaterinburqdan BƏƏ-yə uçuşlar həyata keçirməyə başlayıb.

Yanvar ayında Bakıdan əlavə, "Koltsovo" hava limanından İstanbula uçuş proqramı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31