Bakıda bu fərdi yaşayış evləri söküləcək - icra başçısı qərar verdi
22 Dekabr 2023 14:41 İqtisadiyyatSurxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.
Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.
Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.
Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31