Maliyyə Nazirliyinin büdcə bölgüsünü təşkilatlara çatdırılması müddəti azaldılıb
22 Dekabr 2023 10:29 İqtisadiyyatMaliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdırılacaq.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.
Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31