“COP-29-un Bakıda keçirilməsi Azərbaycan üçün böyük imkanlar açır” - Elman Cəfərli - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmiz üçün əhəmiyyətli hadisədir. Bu önəmli siyasi tədbir turizmin inkişafına da təsir göstərəcək". Bunu olaylar.az açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. 
QHT sədri deyib ki, Azərbaycanın rəsmi qurumları, vətəndaş cəmiyyəti və media bu toplantıya ciddi hazırlaşmalıdır: "COP29-un Bakıda keçirilməsi bizim üçün fürsətlər yaradır. Bu nüfuzlu toplantıda 120 ölkədən minlərlə nümayəndə iştirak edəcək. Yaranmış fürsətdən istifadə edərək xarici nümayəndələri Azərbaycana qarşı ekoterrorla bağlı məlumatlandırmalıyıq. Xarici dillərdə video-çarxlar, stendlər hazırlanmalı, böyük qayıdışa mane olan mina terroru haqqında ətraflı məlumatlar verilməlidir. Azərbaycan hökuməti işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru "Yaşıl enerji" zonası elan edib. Lakin həmin bölgələrdə mina təhlükəsi geniş tikinti quruculuq işlərinə mane olur. Sözügedən regionun su resursları çirkləndirilib. Bölgənin flora və faunasına, meşə zolaqlarına, bütövlükdə ekosisteminə qarşı vandalizm aktları həyata keçirilib. Bütün bunlar barədə geniş və effektli təbliğat işlərinin aparılmasına ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31