Rusiyadan Azərbaycana pul göndərişi niyə azalıb? - Açıqlama

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437,9 milyon dollar azalıb.

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bu ölkədə rublun dollara nisbətən kifayət qədər ucuzlaşmasına səbəb olub.

Rusiyada olan vətəndaşlarımız qazancı rublla əldə edir və sonra rublu dollara dəyişərək ölkəyə göndərir. Rubl ucuzlaşdığı üçün onu dollara çevirəndə vəsaitin həcmi ikiqat azalır. Digər tərəfdən, Rusiya hazırda müharibə ilə əlaqədar müəyyən sanksiyalar ilə üzləşib. Kredit və bank kartlarından istifadə etmək imkanları məhdudlaşıb. Həm də Azərbaycan artıq Rusiyanın bir çox ödəniş kartlarını qəbul etmir:

"Sanksiyalara görə Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmə sistemi ilə də pul qəbul etmir. Təkcə Rusiyanın daxili pul köçürmə sistemi işləyir. Onların da hamısı Azərbaycanda işləmir. Bütün bu texniki və iqtisadi səbəblər Rusiyadan göndərilən pul vəsaitinin həcmini azaldıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31