FAO-nun dünyadakı 6-cı ofisi Azərbaycanda açıla bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ofisinin açılması ilə bağlı Azərbaycan hökumətinə saziş təqdim olunub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu ilin sonunadək Azərbaycanda əlaqələndirmə ofisinin açılması gözlənilir. Bunu Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov ANS PRESS-ə açıqlamasında bildirib.Onun sözlərinə görə, indi FAO-nun Azərbaycanda əlaqələndirmə ofisinin açılması ilə bağlı təşkilat tərəfindən rəsmi olaraq Azərbaycan hökumətinə saziş təqdim olunub. Saziş müxtəlif dövlət qrumlarına göndərilib və rəy alınıb: "Biz bu məsələni bir neçə dəfə hökumət və FAO qarşısında qaldırmışıq. Hesab edirik ki, FAO ilə Azərbaycan arasında sıx əlaqələr ölkəmizdə təşkilatın nümayəndələyinin yaxın vaxtlarda açılmasına imkan verəcək".Xatırladaq ki, FAO-nun əlaqələndirmə ofisi dünyanın beş dövlətində var və altıncısı Azərbaycan olacaq. Qazaxıstan və Rusiya da bu ofisin açılmasında maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31