Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salmayacaq
12 Sentyabr 2013 12:29 İqtisadiyyat"Ermənistanın Gömrük İttifaqına daxil olmasından sonra da Rusiyadan ölkəyə ehtiyat üçün idxal edilən hər 1000 kubmetr qaza görə ödənilən məbləğ 189 ABŞ dolları dəyərində hesablanacaq" - Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan yerli mətbuata açıqlamasında belə deyib. Movsisyan qeyd edib ki, Rusiyanın "Qazprom" şirkəti Ermənistana satdığı qaza görə 270 dollar vergi alır: "Qeyd edilən məbləğ yalnız müəyyən müzakirələrdən sonra 30%-i dotasiya edilə bilər. Bu isə o deməkdir ki, Rusiya GB-ya üzvlükdən sonra da qazın qiymətini aşağı salmayacaq". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31