Bu sahələrdə maaşlar 1000 manatdan yüksəkdir

Azərbaycanda səkkiz sahədə orta əməkhaqqı 1000 manatı ötüb. 
Olaylar.azxəbər verir ki, bu sahələrdən ikincidə maaşlar 2 min manatdan, bir sahədə isə maaşlar 3 min manatdan yüksəkdir. 
Maaş səviyyəsi 1000 manatı ötən sahələr mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti sahəsi, peşə, elmi və texniki fəaliyyət sahəsi, informasiya və rabitə, dövlət idarəetməsi, nəqliyyat, tikinti və digər sahələrdə xidmətlərin göstərilməsi sahələridir. 
Bu sahələrdən ən yüksək maaş mədənçıxarma sənayesində (ayda orta hesabla 3 353 manat), maliyyə və sığorta fəaliyyəti (2 330 manat) sahələrindədir. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31