Evlərin qiyməti niyə artır?
13 Dekabr 2023 15:08 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İpoteka ev almaq deyil, bir ömür kirayədə yaşamaqdı
"Ev, mülk qiymətləri günü-gündən qalxır. Özü də bu artım heç bir iqtisadi qanuna, qaydaya uyğun gəlmir. Ölkədə büdcə bəlli, əmək haqqı bəlli, milli gəlir bəlli, iqtisadi artım bəlli. Belə halda bu ev qiymətlərini nə artırır? İllərdi material, daş, sement, armatur qiymətləri qalxmır, bəs bu qiymətlər niyə kəllə çarxdı? Kim bu bazarı alovlandırır?" "Olaylar" xəbər verir ki, bu fikirləri İlham Əziz öz "Facebook" səhifəsində paylaşıb. Bildirib ki, iqtisadi əsası olmayan qiymət artımı cəmiyyətdə və iqtisadiyyatda disbalans yaradır: "Ölkənin iqtisadi blokuna rəhbərlik edənlər bunu bilməlidirlər axı... Artıq ev almaq əlçatmaz məsələyə dönür. İpoteka ev almaq deyil, bir ömür kirayədə yaşamaqdı.
Evlər dəhşətli dərəcədə bahadı deyə, kirayə qiymətləri də od tutub yanır. Normal maaş alan adam kirayə qalsa, yeməyə pulu çatmayacaq. Qarayev, Neftçilərdə iki otaq 200 min manat civarındadır. Kirayə haqqları 600 manat və daha yuxarıdır. İki otağa çəkilən xərc nə qədərdir ki, bu biznes neçə faiz karla işləyir?
Bu sadə məsələ deyil, hamımız kirayənişinə çevriləcəyik, belə rəqəmlər yaşadığımız evləri də əlimizdən alacaq. Bunu müzakirə etmək lazımdır. Bizdə hələlik hər şeyə dövlət nəzarət edir. Bu söhbətlərə əncam çəkməsə, işimiz fırıqdır. Məndən demək..."