İşçi qrupunun onlayn görüşü keçirilib - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər verir ki, dekabrın 8-də Dövlət Gömrük Komitəsi ilə Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidməti arasında onlayn görüş olub.

Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Anar Bayramov və Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Dövlət Sərhəd Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən inşası nəzərdə tutulan "İpək yolu" - "Abreşumis Qza" gömrük postunun layihəsi müzakirə edilib.

Həmçinin texniki məsələlərə dair fikir mübadiləsi aparılıb və hüquqi bazanın yaradılması barədə ilkin razılaşma əldə olunub, təklif və rəylər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31