Hesablama Palatasının xərcləri bəlli oldu
5 Dekabr 2023 12:39 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclis Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib. Olaylar xəbər verir ki, gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur.
Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur. O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31