Milli Məclisin xərcləri təsdiqləndi
5 Dekabr 2023 12:33 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsində əksini tapıb.Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Qanun layihəsinə görə, əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31