İlin sonunda inflyasiya birrəqəmli olacaq - Əli Əsədov
5 Dekabr 2023 12:17 İqtisadiyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İnfliyasiyanın qarşısını alması üçün dövlət tərəfindən işlər görülür. Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib: "2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Bundan başqa bu ilin yanvar-noyabr aylarında orta illik inflyasiya 9,4 % olub. Bu dövrdə illik inflyasiya isə 2,6 % təşkil edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31