Milli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər  verir ki  Milli Məclisin bu gün keçirilən iclasında "2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31