“AtaBank”dan facebook istifadəçilər üçün yenilik

"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verib. Bankdan "OLAYLAR"-a verilən məlumata görə,  artıq Facebook sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə  edə bilərlər. Bankın rəsmi Facebook səhifəsinə daxil olan müştərilər "Online Map" bölməsinə keçərək, bankın filial və bankomat şəbəkəsi ilə yaxından tanış ola bilər və onları maraqlandıran filial və bankomatları axtarmaq imkanı əldə edə  bilərlər. "AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız Facebook-la məhdudlaşdırmır. Müştərilər Twitter, Youtube, Linkedin, Google+ və digər tanınmış sosial şəbəkələrdə də Bankın rəsmi səhifələrini görə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31